Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xərçəngin 5 səbəbi açıqlandı

05.03.2020 12:38

Ümumdünya Səhiyyə Təşkilatı xərçənglə bağlı qorxunc proqnozlar açıqlayıb.

Об этом сообщает Футляр от виолончели

Təşkilatın mütəxəssisləri proqnozlaşdırır ki, 2025-ci ildən başlayaraq hər il 19 milyon, 2035-ci ildən başlayaraq isə hər il 35 milyon insan xərçəngə tutulacaq. Hal hazırda hər il dünyada 14 milyon belə diaqnoz qoyulur.

A24.Az sağlamolun.az-a istinadən xəbər verir ki, məşhur Hollandiyalı onkoloq, dünyada xərçəngin ən qabaqcıl tədqiqatçlardan biri olan professor Anton Berns Komsomolskaya Pravda-ya müsahibədə xərçəngin əsas səbəblərini açıqlayıb.

Tanınmış onkoloqun fikrinə görə, onkoloji xəstəliklərin əsas səbəbləri bunlardır:

– Siqaret çəkmək. Ağcıyər, qırtlaq, qaraciyər, sidik kisəsi xərçənginin riskini artırır.

– Bəzi viruslar (B və C hepatitləri, papillomavirus, Epşteyn-Barr virusu, helikobakter pilori). Bu viruslar özü-özündən xərçəngə səbəb olmasa da orqanlarda müəyyən prosesləri işə salır ki, bu proseslər xərçəngin inkişafına səbəb ola bilər.

– Piylənmə. Alim bunu ən ciddi səbəblərdən biri kimi qeyd edir. Piylənmə süd vəzi, bağırsaq, qalxanvari vəzi, mədəaltı vəzi və bir sıra digər onkoloji xəstəliklərin riskini artırır.

– Spirtli içkilər. Spirtin parçalanması nəticəsində orqanizmdə əmələ gələn toksiki maddələr hüceyrələri zədələyir, ziyanlı mutasiyalara səbəb olur ki, bu da öz növbəsində bir çox müxtəlif xərçəng xəstəliklərinin inkişafına səbəb ola bilər.

– Həddindən artıq “zaqar”.

Bundan əlavə alim qırmızı ətdən süi-istifadə etməməyi tövsiyə edir ki, araşdırmalar rasionda qırmızı ətin çox olmasının bağırsaq xərçəngi ilə əlaqəsini göstərir.

Həmçinin alim xərçəngin profilaktik tədbirlərini də qeyd edib. Onlar çox sadədir:

– Normal bədən çəkisini saxlamağa kömək edən sağlam qidalanma.

– Siqaret çəkmək və spirtli içkilərdən imtina.

– İdman.

– Xərçəngin inkişafına səbəb ola bilən infeksiyalardan qorunma.

Maraqlıdır ki, alim stress və qidalarda olan konservantları xərçəngin riskini artıran ciddi amil hesab etmir.