Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xəstəni 32 saat əməliyyat edən həkimlər bu vəziyyətə düşdü

05.03.2020 12:39

Çində 32 saat davam edən beyin əməliyyatı uğurla nəticələnib.

Об этом сообщает Футляр от виолончели

A24.Az xarici KİV-ə istinadən xəbər verir ki, həm anevrizması,  həm də beyin şişi olan xəstəni 32 saat əməliyyat edən cərrahlar əməliyyatdan sonra yorğunluqdan yerə yıxılıb. Çin mətbuatı bunun indiyədək Fujian Tibb Fakültəsi Xəstəxanasında həyata keçirilən ən uzun əməliyyat olduğunu qeyd edib.

İnternetdə sürətlə yayılan bu fotoşəkil 32 saatlıq əməliyyatdan sonra yorğunluqdan yerə yıxılan  həkimə aiddir. Əməliyyatda 3 cərrah, 6 anestezioloq və 8 tibb bacısı  iştirak edib. Birlikdə üç müxtəlif əməliyyatla bir xəstənin beynindəki şişi götürməyə çalışıblar.

Əməliyyatı edən Çen Jianping “Bunu sadəcə bir əməliyyatla səciyyələndirmək doğru olmaz. Mətbuatda üzlərini görmədiyiniz onlarca həmkarım hər gün eyni çətinliklərlə qarşılaşırlar” deyib.