Xəstəxana və məktəblər qapalı, televiziyalar yayımı dayandırıb – Yunanlar nəyə etiraz edir? – VİDEO
05.03.2020 12:39Yunanıstanda dövlət və özəl sektor işçilərinin etiraz aksiyalarına başlaması səbəbi ilə həyat dayanıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, həkimlər işə çıxmır, məktəblər bağlıdır, televiziyalarda xəbər yayımı dayandırılıb, qəzetlər nəşr edilmir.
Bütün etirazlar dövlətin tətbiq etdiyi qənaət etmə rejminədir. Dövlət və özəl sektor işçiləri ölkədə mimimum əmək haqqının qaldırılmasını tələb edir.
Qeyd edək ki, Yunanıstanda dövlətə qarşı etiraz aksiyalarına nazirlikdə çalışan məmurlar, tibb işçiləri, müəllimlər, jurnalistlər, vəkillər, notariat işçiləri qoşulub.
Nərmin Kərim, A24.Az

