Xəstəxanada dəyişik düşən uşaqlar haqqında qərar verildi
05.03.2020 12:39Məhkəmə Adıyamanlı və Trabzonlu uşaqların bioloji ailələrinə verilməsi barədə qərar verib.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İstanbul Qaziosmanpaşada yerləşən özəl bir xəstəxanada Adıyamanlı Məryəm və Səlahəddin D-nin uşaqları Trabzonlu Yusif və Selma K-nın uşaqları ilə qarışıq düşüb.
Trabzonlu Yusuf K. boşanma ərəfəsində olduğu həyat yoldaşı Selmadan olan Eymen adlı övladının ondan olub olmadığına şübhələndiyi üçün DNA testi etdirir. Testin nəticələrinə əsasən Eymenin həmin cütlükdən olmadığı aşkarlanır. Hadisə ilə bağlı ailə xəstəxanaya müraciət edir. Eyni gündə dünyaya övlad gətirən Adıyamanlı ailə İstanbula dəvət edilir. Məryəm və Səlahəddin D. cütlüyünün övladına da DNA testi edilir. Nəticələrə baxıldığı zaman uşaqların qarışdırılaraq ailələrə səhv verildiyi ortaya çıxır. Xəstəxana rəhbərliyi hər iki ailədən uşaqların dəyildirilməsini istəyir.
Lakin Adiyamanlı ailə Cihangiri verməyəcəklərini söyləyib və məhkəməyə müraciət edir. Mayın 11-də baş tutan məhkəmədə hakim uşaqların qarşılıqlı olaraq ailələrə təhvil verilməsi qərarını çıxarıb. Məhkəmə zamanı ailələr gözyaşlarına hakim ola bilməyib.

