Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xətai metrosundan Xətaiyə məxsus görüntülər söküldü, yoxa çıxdı – Tarixi ornamentlər hanı?

05.03.2020 12:39

Xətai metrosu bir müddət idi ki təmirə dayanmışdı. Metro təmirdən çıxdıqdan sonra şəhər sakinləri gördüklərinə görə məyus olublar.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, E. Babayev metro təmirdən çıxandan sonra bəzi tarixi əhəmiyyətli ornamentlərin yerində olmaması ilə bağlı təssüf hissi keçirdiyini yazıb. “Xətai metrosu təmir edilməmişdən qabaq metroda Xətainin heykəli və müxtəlif heykəl-ornamentlər var idi. Mən hər dəfə bu metrostaniyaya gedərkən əl işlərindən zövq alır, bu şəxsiyyətlə fəxr edirdim. Bu günə kimi !!! Bu gün bu stansiyanın təmirinin müəyyən hissəsi başa çatıb və istifadəyə verilib. Lakin şəkildə gördüyünüz heykəl və ornamentlər artıq orda yoxdur. Əvəzində MƏRMƏR var. Tarixi söküb boş mərmər ediblər. Məncə bu məsələ kifayət qədər diqqət ayrılacaq məsələdir. Çünki Nizami metrostansiyasında da təmir gedir. Qorxuram ki, təmir başa çatanda yenə də MƏRMƏR mənzərəsi ilə qarşılaşarıq”.

Şəhər sakini qeyd edib ki, metroların təmir olunaraq məmərləşdirilməsinə qarşıdır. “Təmirə ayrılan pullarla yeni qatarlar alınsa və istifadəyə verilsə, daha məqsədəuyğun olar. Metro istifadəçisi kimi SSRİ dövründə istehsal olunmuş vaqonlar yay aylarında əziyyətdən başqa bir işə yaramır. Ümid edirəm ki, Bakı Metropoliteni QSC bununla bağlı məntiqli bir açıqlama verəcək”.

Qeyd edək ki, Xətai metrostansiyası 1968-ci ildə fəaliyyətə başlayıb. 1990-cı ildən etibarən isə Azərbaycan tarixinin şanlı səhifələrini yazmış Şah İsmayıl Xətainin adı ilə adlandırılıb.