Xəyanət edilən qadın ərindən belə intiqam aldı
05.03.2020 12:39Türkiyədə xəyanət etdiyi üçün ərindən boşanan qadın ondan qeyri-adi yolla intiqam alıb.
Об этом сообщает Роспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirli biznesmen M.E. 2010-cu ildə katibəsi S.G ilə sevgi münasibəti yaşayıb. Hətta onların bu münasibətdən bir uşaqları da olub.
M.E.-nin həyat yoldaşı O.S. 5 illik evlilik həyatına 2 ay əvvəl son qoyub. O, məhkəmədə həyat yoldaşı M.E.-dən 3 min lirə təzminat alıb. Bununla belə qadının intiqam hissi soyumayıb.
Bir dedektiv şirkəti ilə müqavilə bağlayan qadın ərindən intiqam almaq üçün hərəkətə keçib. Biznesmenin sevgilisinin evinə kuryer kimi gedib jurnal verən dedektiv onun imzasını almağı bacarıb. Daha sonra biznesmen və onun ortağının imzalarını Çindən gətirdikləri elektron cihazda saxtalaşdıra biliblər. Onlar bu vasitəylə 50 milyon dollarlıq sənəd hazırlayıb. Hazırladıqları sənədləri S.G.-nin evinə göndərərək pulu tələb edirləb. Qarşı tərəf bunun tələ olduğunu bilərək məhkəməyə müraciət edib.
Sənədlərin saxta olduğunu sübut edə bilən biznesmen M.E və onun sevgilisi S.G qarşı tərəfə cinayət işi açdırıb. M.E-nin həyat yoldaşı O.S və daha 15 nəfər məhkəmə tərəfindən saxlanılıb.

