Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xəzərdə itkin düşən daha bir neftçinin cəsədi tapıldı

05.03.2020 12:39

Xəzər dənizində meyiti tapılan şəxsin kimliyi məlum olub.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın məlumatına görə, meyitin müayinəsi zamanı onun ötən ilin dekabrında “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş qəzada itkin düşən operator Vidadi Cümşüd oğlu Qurbanov olduğu müəyyən edilib.

V. Qurbanovun meyiti yaxın saatlarda ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub. Həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.//APA.Az