Xəzərin statusu 20 ildən sonra razılaşdırılıdı
05.03.2020 12:39Region ölkələr Xəzər dənizinin hüquqi statusu üzrə qalan bütün məsələlərlə bağlı razılığa gəlib. Faktiki olaraq müvafiq konvensiyanın mətni hazırdır.
Об этом сообщает Роспрес
A24. az xəbər verir ki, bunu Xəzəryanı ölkələrinin XİN rəhbərlərinin Moskva görüşünün yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Ümumilikdə mən keçirdiyimiz görüşü pozitiv qiymətləndirirəm. Biz Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində 20 il davam edən işi yekunlaşdırdıq. Bu mətn təsdiqlənməsi üçün ölkə başçılarımıza təqdim olunacaq və biz ümid edirik ki, sənəd onlar tərəfindən imzalanacaq”, – deyə Lavrov vurğulayıb.

