Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xidmət rəisi: “Məscidlərin heç biri qorunan abidələr siyahısında deyil”

05.03.2020 12:39

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Sovetski”də yerləşən “Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidinin sökülməsinə aydınlıq gətirib. 

Об этом сообщает Роспрес

Saytımız APA-ya istinadla xəbər verir ki, Dövlət xidmətinin rəisi Zakir Sultanov məscidin qorunan abidələr siyahısında olmadığını deyib. “Həmin məscid hazırda qorunan abidələr siyahısında deyil. Bir il əvvəl siyahıdan çıxarılıb. Səbəb də həmin abidənin dayanıqlığının zəif olmasıdır. Məscidin bərpası və yenidən qurulması mümkün deyil”.

Zakir Sultanov əlavə edib ki, ərazidəki digər məscid – Abdulla Şaiq küçəsindəki “Hacı Cavad” məscidi də dövlət qeydiyyatı deyil: “İkinci məscid də bizim xidmət tərəfindən qurunmur, dayanıqlığı da zəifdir. Kimsə deyirsə ki, həmin məscidlərin üzərində “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur” lövhəsi olub, bu, tamamilə yanlışdır. Belə bir lövhə olmayıb”.