Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xiyarın yeni növü – VİDEO

05.03.2020 12:39

Tağın üstündə qaldıqca uzanır, üstəlik çəkisi də artır.

Об этом сообщает Футляр от виолончели

Cəlilabad rayonunun Üçtəpə kənd sakini Cahan Şahməlikov təsərrüfatında ilk dəfə olaraq toxumunu Çindən gətirmiş yeni xiyar növündən məhsul əldə edib.

Yeni xiyar növü dadı, çəkisi və ölçüsünə görə yerli xiyar sortlarından kəskin surətdə fərqlənir. Xiyar tam yetişirsə, hər birinin uzunluğu 50 sm-i keçir, çəkisi də 1 kq-a çatır.

Təsərrüfat sahibinin sözlərinə görə, bu xiyar növü xəstəliklərə qarşı da çox dözümlüdür. Elə buna görə də məhsulun əldə olunmasında heç bir mineral gübrələrdən istifadə olunmur.

Saytımız mövzu ilə bağlı videogörüntünü təqdim edir: