“Xocalı soyqırımı”nı anan tələbələr arasında dava düşdü: Yaralı və saxlanılanlar var – VİDEO
05.03.2020 12:39Türkiyənin Kocaeli Universitetində iki qrup tələbə arasında düşən davaya polis müdaxilə edib, 47 tələbə nəzarət altına alınıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, bir qrup tələbə “Xocalı soyqırımı”nın 25-ci ildönümü günü öldürülən azərbaycanlıları anmaq istəyib. Buna qarşı çıxan digər qrup tələbələr isə aksiyaya mane olmağa çalışıb. Bu zaman tələbələr arasında dava düşüb. Tələbələrin qarşıdurması zamanı ağızlar susub, daş və dəyənəklər havada uçuşmağa başlayıb.
Tələbələr arasında yaşanan qarşıdurmaya isə polisin müdaxiləsi gecikməyib. Universitetə çoxlu sayda polis qüvvələri çağırılıb. İlk müdaxilədən sonra tələbələrdən ibarət qrupu ayırmaq mümkün olub. Lakin bir müddətdən sonra onlar yenidən qarşı-qarşıya gəliblər. Polis isə tələbələrin dağılması üçün xəbərdarlıq edib. Xəbərdarlıqlara baxmayaraq, dağılmayan tələbələrdən 47 nəfər nəzarət altına alınıb.
Hadisə zamanı bir tələbə və bir təhlükəsizlik xidmətinin işçisi yaralanıb. Hər iki yaralı müalicə olunmaları üçün Kocaeli Tibb Fakultəsinin xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Saytımız Türkiyə mediasından əldə etdiyi videogörüntüləri təqdim edir:

