Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xocalıda körpələrimizi qıran erməni general ordunu topladı, Azərbaycan “Səngər müharibəsi”nə başladı

05.03.2020 12:39

İşğalçı Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, 366-cı motoatıcı qvardiya alayının tərkibində Xocalı soyqırımını törədən cinayətkarlardan biri Movses Hakobyan bu ilin may ayında hərbçilərlə keçirdiyi iclas zamanı orduda nizam-intizamın bərbad vəziyyətinə toxunub, komandirlərə bu istiqamətdə ciddi tapşırıqlar verib.

Об этом сообщает Роспрес

İclas zamanı general-leytenant Hakobyan qeyd edib ki, son zamanlar cəbhə bölgəsində erməni əsgərlərinin başlıca ölüm səbəbi səngərlərdə hərbi nizam-intizamın olmaması ilə bağlıdır. Məsələ ilə bağlı A24.Az-a açıqlama verən hərbi siyasi icmalçı Nəriman Qarayev bildirib ki, bu ilin may ayının 23-də keçirilmiş iclasdan 3 gün sonra Azərbaycanın Ermənistan tərəfindən işğal olumuş Qarabağ bölgəsinin şimal istiqamətində qoşunların təmas xəttində Azərbaycan əsgərinin sərrast atəşi nəticəsində işğalçı erməni hərbi birləşmələrinin müqaviləli hərbi qulluqçusu Armen Harutyunyan məhv edilib:

“İşğalçı erməni ordusunun istənilən tədbiri Azərbaycan Silahlı Qüvvələrinin qarşıya qoyulmuş döyüş tapşırığını reallaşdırmağa əngəl deyil. Hələ 2016-cı ilin aprel ayında “Dörd günlük müharibə” zamanı Azərbaycan Silahlı Qüvvələri göstərdi ki, illərdir işğalçı erməni tərəfinin qoşunların təmas xəttində öyünərək dilə gətirdikləri “Ohanyan mühəndis-istehkam xətti” cəfəngiyatdan başqa bir şey deyil və bu xətt ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında təhlükəsizliklərinin qarantı deyil”.

İcmalçının sözlərinə görə, dörd günlük müharibədən sonra keçən bir ildən çox vaxt ərzində Azərbaycan Ordusunun həyata keçirdiyi “səngər müharibəsi” hərbçilərimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir: “Məşhur hərbi ekspertlərin və hərbi institutların da qeyd etdiyi kimi “səngər müharibəsi”nin strateji məqsədi düşməni demoqrafik və iqtisadi baxımdan zəiflətməkdir. Bu gün işğalçı Ermənistanın Silahlı Qüvvələrində müəyyən olunmuş şəxsi heyət say kvotasının dolmaması, hərbi qulluğa yararlı gənclərin ölkəni tərk etməsi, erməni ordusunda xidmətdən kütləvi şəkildə boyun qaçırma olayları, işğalçı Ermənistan ordusunun silah-sursat və hərbi texnika baxımından özünü təmin edə bilməməsi, beynəlxalq qurumların nümayəndələrinin mövcud status-kvonun qəbul edilməzliyi və eyni zamanda münaqişənin müharibə yolu ilə həllinin qəbul edilməzliyi kimi bəyanatları nəticəsində yaranmış situasiya onu göstərir ki, Azərbaycan və onun ordusu “səngər müharibəsi” taktiki gedişi ilə məhsuldar hərbi-siyasi xətt yürüdür”, – deyə N.Qarayev əlavə edib.

Orxan Aslanlı