Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xoşbəxt vücuda və ruha sahib olmaq üçün nələr etməli? – SİYAHI

05.03.2020 12:40

Özünüzü daha yaxşı hiss etdiyiniz sağlam və firavan həyatın qapılarını üzünüzə açmaq istəyərdiniz?

Об этом сообщает Руспрес

Sağlam bədənə və sağlam ruha hər kəs sahib olmaq istəyir. Bunun üçün sizdən tələb olunan tək şey özünüzə diqqət etməkdir. Günümüzdə stressin təsirlərindən qaçmaq mümkün deyil. Amma stressin insana verdiyi zərərləri azaltmaq mümkündür.

Beləliklə “A24.Az” “milliyet”ə istinadən xoşbəxt vücuda və ruha sahib olmaq üçün nələr etməli olduğunuzu təqdim edir:

Qablaşdırılmış və hazır ərzaq istehlakını azaldın…

Hazır qidaları qəbul etməkdən imtina edəndə insan özünü gümrah hiss edir və ac qalmadan arıqlamağa başlayır. Bazara özünüz gedin və meyvə-tərəvəz, göyərti çeşidlərini bir daha xatırlayın. Allahın insanlara bəxş etdiyi rəngarənglikdən qida rasionunuza daxil edin.

Həftədə ən azı bir dəfə yaşıl ərazilərdə gəzin…

Hava yağışlı və qarlı olsa da, həftədə ən azı bir dəfə açıq və yaşıl sahələrdə gəzməyə çalışın. Yaşıllıqda gəzmək orqanizmdən toksinlərin atılmasını daha da sürətləndirir, pozitiv enerji verir.

 İnək südü əvəzinə keçi südünə üstünlük verin

İnək südü əvəzinə keçi südü, ağ un yerinə qara un, şəkər əvəzinə doşab və ya bala üstünlük verin. Beləliklə, sağlam bəslənər, daha uzun müddət tox qalarsınız.

Sizə dəyər verməyən insanları həyatınızdan çıxarın

Bədbin, deyingən, eqoist, sizə dəyər verməyən insanları həyatınızdan çıxarın. Nikbin, anlayışlı, əliaçıq  və sizə dəyər verən insanlara daha yaxın olun, daha çox maraq göstərin. Müsbət düşünmək sonradan qazanılan bir vərdişdir. Əgər vacibdirsə bunun üçün təhsil alın.

Su istehlakını artırın

Gündə çəkinizə uyğun su içməyi unutmayın. Suyun yerini heç bir içki vermir.

Evdə hazırlanmış turşu yeyin

Evdə hazırlanmış turşuların bir tikəsi də milyardlarla faydalı bakteriyanın orqanizminizə girməsini təmin edir.

Vüsalə Əlövsətqızı