Xoşqədəm Almaz Ələsgərlini tənqid etdi: “Orda professorlar əyləşib, onlardan artıqsınızmı?” – VİDEO
05.03.2020 12:40Ötən gün “Xəzər” TV-də yayımlanan “Bizə danış” verilişində Xoşqədəm Hidayətqızı ilə Almaz Ələsgərli arasında yaşanan qalmaqal məcrasından çıxıb.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, verilişə dəvət olunan müğənni Almaz Ələsgərlinin studiyanı tərk etməsi aparıcını əsəbləşdirib. Müğənni Almaz Ələsgərli isə verilişi tərk etməsinin səbəbini belə izah edib:
“Təxminən 5 dəqiqə verilişə gecikdim. Amma gördüm ki, mənim əyləşməli olduğum qonaq kürsüsündə artıq kimisə otuzdurublar. Bu zaman Xoşqədəm mənim adımı səsləndirdi. Ona hörmət əlaməti olaraq səhnəyə çıxdım. Məni şikayətçilərin əyləşdiyi yerdə otuzdurdular. Reklam fasiləsi oldu. Gördüm, mənə görə söz-söhbət başlayıb. Burada oturması düzgün deyil, öz yerində oturmalıdır. Mənim yerimdə əyləşən xanımı da qaldıra bilmirlər. Bunu görüb mən orada qala bilərəm? Elə sakitcə durdum və studiyanı tərk etdim”.
Növbəti gün efirdə Xoşqədəm Hidayət qızı bu mövzuya toxunaraq adını çəkməsə də müğənnini sərt sözlərlə tənqid edib:
“Bu kürsüdə hər birimiz otura bilərik. Şikayətçi kürsüsündə hətta dahi sənətkarımız Alim Qasımov, professorlar belə əyləşib. Onlardan artıqsınızmı?”
Saytımız verilişdən olan videogörüntünü təqdim edir:

