Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xumar Qədimova: “Əl-ələ verək, gedək”

05.03.2020 12:40

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində sözləri Sona Vəliyevaya, musiqisi Xumar Qədimovaya məxsus “Əl-ələ verək, gedək” mahnısına çəkilmiş klipin təqdimatı olub.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, tədbirdə  Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, müğənni Xumar Qədimova, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, telejurnalist Qulu Məhərrəmli, Bəxtiyar Qaraca və başqaları iştirak edib.

Klipin rejissoru Ramil Ağasıyevdir. Mahnının sözlərinin müəllifi Sona Vəliyeva tədbirdə mahnı haqda fikirlərini söyləyib: “Xumar xanıma təşəkkür edirəm. Bu şeir Xumar xanımın ürəyində hansısa hisləri yarada bilibsə, buna çox sevinirəm. Azərbaycan dərdi, işğal olunan torpaqlar, əsirlikdə qalan torpaqlar, əsir düşən dağlar hamımızındır. Kompozisiya janrının elə bir qüvvəsi var ki, o səslənəndə geniş tamaşaçı kütləsini toplayır. Sevgi şeirlərim oxuna bilər, rəğbət qazana bilər. Amma vətən, torpaq və ümumiyyətlə bu mövzuda olan dərdlərimizə bəstəkarın, müğənninin müraciəti həmin insanın böyüklüyüdür. Mən bu musiqini sözlərdən qat-qat güclü hesab edirəm”.

Xumar Qədimova çıxışına Sona Vəliyevanın misrası ilə başlayıb: “Tam səmimiyyətimlə deyirəm ki, bu işi ərsəyə gətirənə qədər şükür ki, ölmədim. Çünki bu işə varlığımı, ürəyimi, vətənə, torpağa sevgimi, ailəmdən aldığım tərbiyəni, Sona xanımın qələminə, hislərinə olan sevgidən bu işə canımı qoydum. Şükür Allaha ki, mən ölmədim və nəticədə gözəl bir iş ortaya çıxartdıq. Bu iş tək Sona xanımın və Xumar Qədimovanın işi deyil, hamımız üçün vacib kompozisiyadır. Sona xanımla son işbirliyim deyil. Sona xanımın sözlərinə möhtəşəm kompozisiya yazacam”.

Rəvan Nasiroğlu