Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Xurma min bir dərdin dərmanı imiş…

05.03.2020 12:40

Türk mütəxəsislərin qənaətinə görə, xurma  min  bir dərdin dərmanı imiş…

Об этом сообщает Руспрес

A24.Az xurmanın faydalarını sizə təqdim edir:

  1. Ürəyə çox faydası var

Təzyiqi və ürək döyüntüsünü normallaşdıran xurma,  ürəyin dostu olan qidalar sırasındadır. Ürəyi zərərli bakteriyalardan qoruyur, damar tutulması riskini azaldır.

  1. Dərini gözəlləşdirir

Xurma hüceyrələrin yenilənməsini təmin edir,nəticədə dəri gözəlləşir. B vitamini ilə zəngin olan Xurma, yaraların sürətlə sağalmasına yardımçı olur. Xurma , dərinin ehtiyacı olan nəmlənməsinə də kömək olur.

  1. Yaddaşı gücləndirir

A və B fitaminləri ilə zəngin olduğundan və tərkibindəki maqnezium sayəsində yaddaşı gücləndirir.  Ona görə də uşaqların və yaşlıların xurmadan bol-bol istifadə etməsi tövsiyyə edilir.

  1. Arıqlamağa kömək edir

Tərkibində lif faizinin yüksək olması, həzm sisteminin yavaşlamasını təmin edir. Bununla da özünüzü uzun müddət tox hiss edirsiniz və yeməyi azaldırsınız.

  1. Depressiyadan qoruyur

Xurma günün bəlası olan stres və onun yaratdığı xəstəliklərin qarşısının alınmasında önəmli rol oynayır. Araşdırmalara görə, bu qidanın tərkibində olan yüksək miqdarda  B6 vitamini və maqnezium sinir sistemini gücləndirir.

  1. İnfeksiya riskini azaldır

Xurma,  tərkibindəki A və C vitamini sayəsində orqanizmi  zərərli bakteriyalardan və mikroblardan qoruyur.  Bundan başqa, tərkibindəki maqnezium,  əmələ gələ biləcək infeksiyaların qarşısı alınır.

  1. Sümükləri gücləndirir

Kalsium və fosfatla zəngin olduğundan sümükləri gücləndirir. Əmələ gələ biləcək bütün sümük xəstəliklərinin qarşısını alır.

Nərmin Kərim