Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

XXI əsrin əfsanəvi heyətləri

05.03.2020 12:40

Futbol bəziləri üçün sadəcə 22 nəfərin bir topun arxasınca düşməsi olsa da, milyonlarla insan üçün bir yaşam tərzidir, sevgidir.

Об этом сообщает Руспрес

A24.az XXI əsrdə sevgimizdə böyük payı olan, yaddaşlara həkk olunmus əfsanə heyətləri təqdim edir.

  1. Bavariya (2000-2001)

Heyəti Oliver Kahn,  Kuffour, Willy Sagnol , Linke , Lizarazu, Andersson, Mehmet Scholl. Effenberg, Hargreavs, Jancker, Elber

Almaniya Bundesliqasının qalibi olan Bavariya, Çempionlar Liqasında yarım finalda Real Madridi, finalda da Valensiyanı məğlub edərək, Avropanın ən güclü klubu olmuşdu.

3. Arsenal (2003-2004)

Heyəti: Jens Lehmann, Kolo Toure, Sol Campbell, Ashley Cole, Bisan Lauren, Robert Pires, Patrick Vieira, Frerik Ljunberg, Gilberto Silva, Thierry Henry, Dennis Berkamp

Yəqin ki, bu heyəti XI əsrin ən yaxşı heyəti alandıra bilməməyimiz üçün tək səbəb Çempionlar Liqasını qazana bilməməsidir. 49 oyunluq məğlubiyyətsizlik seriyası, məğlub olmadan çempion olan komanda. 48 oyuna 39 qol vuran bombardir Henry. Bir zamanlar “Topçular” inanılmaz idi.

3. Porto

Heyəti: Vitor Baia, Nuno Valente. Carvalho, Costa, Ferreira, Costinha, Maniche, Mendes. Deco, Derlei. Carlos Alberto

2004-cü ilin surpriz komandası, Real Madrid, Manchester United, Departivo kimi klubların gərgin mübarizə apardığı çempionatda, final oyununda Monakono 3-0 hesabı ilə məğlub edərək, qitənin ən güclü klubu oldular.

Klubun bu uğurunda həmin dövr yeni parlayan baş məşqçi Jose Mourinhonun da rolu danılmazdır.

4. Real Madrid (2004-2005)

Heyəti: Casillas, Helguera. Salgado, Roberto Carlos, Samuel, Guti, Figo, Beckham, Zidane. Raul. Ronaldo

Qalaktikos, ulduzlar yığması amma kuboksuz. Bəli, Real Madrid dünyanın top futbolçularından ibarət bu heyətlə gözləniləni verə bilmədi. Amma futbol tarixinin ən bahalı heyətlərindən biri oldu. Zidane, Ronaldo, Figo, Beckham, Roberto Carlos, Raul kimi futbolçulara sahib olanda klub çempion ola bilməsə də adını tarixə yazdırmağı bacardı.

5. Liverpool (2004-2005)

Heyəti: Dudek, Finnan, Hypya, Jamie Carragher, Riise, Smicer, Xabi Alonso, Gerrard, Luis Garcia. Harry Kewell, Baros

Liverpool dedikdə artıq ağlımıza ilk gələn möhtəşəm İstanbul finalı olur. Nağıl kimi final. İki güclü klub. ilk hissə 3-0 Milanın xeyrinə bitdiyi halda ikinci hissədə tarixi geridönüş baş verir və Liverpool çempion olur. Həmin oyun haqqında çoxlu məqalələr yazıldı, filmlər çəkildi. Yaddaşlardan silinməyəcək tarixi günün çempionu Stiven Gerard və komanda yoldaşları idi.

6. Milan (2004-2005)

Heyəti: Dida, Nesta, Cafu, Stam, Maldini, Pirlo, Gattuso, Kaka, Seedorf, Shevchenko, Inzaghi

Milan azarkeşlərinin hələ də həsrətini çəkdiyi heyət. Bir komanda necə hərtərəfli olar, bir-birlərini tamamlayar sualının cavabı idi Milan. Klubdan ayrılan heç bir futbolçu əvvəlki kimi oynaya bilmədilər. Maldini, Nesta kimi müdafiə ağaları, Seedorf, Gattuso, Pirlonun yarımmüdafiədəki oyunu, Kakanın hücum qurması və möhtəşəm cütlük – İnzaghi və Shevchenko. Əfsanəvi İstanbul finalında məğlub olan tərəf olsalar da milyonlarla insanın futbol sevgisinin əsas səbəbidir Milan.

7. Yuventus (2005-2006)

Heyəti: Buffon, Zebina, Cannavaro, Thuram, Zambrotta, Emerson, Nedved,  Del Piero,  Camorenesi, Trezeguet, Ibrahimovic

Yuventus bu heyətlə İtaliyada çempionluqlarını sıraya düzdüyü, klass oyunu ilə hər kəsin marağın cəlb etdiyi bir vaxtda, bədbəxtliklə üzləşərək, ikinci liqaya salındı. Hər kəsin ağlında eyni sual var idi. Axı bu heyətin oyun alqı-satqısına ehtiyacı yox idi. Dünyanın ən güclü klublarından biri idi. Nedved kimi yarımmüdafiəçisi, Zlatan, Del piero, Trezeguet kimi hücum xətti olan klub bunu etməzdi. Klub aşağı liqaya salınsa da əsas futbolçular klubda qaldı və bir il İtaliya ikinci liqası olan Seria B Yuventusun sayəsində Seria A qədər maraqlı oldu. Yuventus azarkeşləri əsl sadiqlik nümunəsi göstərərək, klublarından heç vaxt imtina etmədilər.

8. Barcelona (2005-2006)

Heyəti: Valdez, Oleguer, Puyol, Thuram, Belletti, Marques, Inıesta, Giuly, Deco, Ronaldinho, Eto’o

Bir vaxtlar Barcelona dedikdə ağla ilk Ronaldinho gələrdi. Öz fərqli üslubu ilə seçilən “gülən adam” komandasını da öz oyununa uyğunlaşdırmağı bacarmışdı. Barcelona “Qalaktikos”-un kabusuna çevrilən bu heyəti ilə həm La Liqanı həm də Çempionlar Liqasını qazandı.

9. Manchester United

Heyəti: Edwin van der sar, O’shea, Patrick  Gurtsonoraviç, Rio Ferdinand, Michael Carrick, Ryan Giggs-
, Patrice Evra, Wayne Rooney, Gary Neville. Paul Scholes, Cristiano Ronaldo

Cristiano Ronaldo, Ryan Gigs, Wayne Rooney kimi futboluların yer aldığı heyət həmin il həm Premyer Liqanı həm də Çempionlar Liqasının qalibi oldu. Cristiano Ronaldo isə “qızıl top” mükafatının qalibi oldu.

10. İnter (2009-2010)

Heyəti:  Julio Cesar, Maicon, Walter Samuel, Lucio, Cristian Chivu, Javier Zanetti, Esteban Cambiasso, Wesley Sneijder, Samuel Eto’o, Diego Milito

2010-cu ilin surpriz komandası İnter Barcelona, Bavariya kimi klubları məğlub edərək, çempion oldu.

11. Chelsea (2011-2012)

Heyəti: Petr Cech, Jose Bosingwa, John Terry, Ashlay Cole, David Luiz, Frank Lampard, John Obi Mikel, Salomon Kolou, Juan Mata, Ryan Bertrand, Didier Drogba

Chelsea İnter kimi surpriz bir şəkildə Real, Barcelona və Bavariya kimi komandaların arasından çıxaraq, çempion olmuşdu.

12. Barselona (2010-2011)

Heyəti: Victor Valdes, Daniel Alves, Javier Mascerano. Gerard Pique, Eriic Abidal, Andres İniesta, Xavi, David Villa, Leonel Messi, Pedro

Messi, İniesta, Xavi üçlüyünün mözüzələr göstərdiyi vaxtlar Barcelona bütün kubokları qazanmış, Messi isə “Qızıl top”a sahib olmuşdur.

13. Bavariya (2012-2013)

Heyəti: Manuel Neuer, Philipp Lahm, Jerome Boateng. Dante, David Alaba, Javi Martinez, Bastian Schweinsteiger, Arjen Robben. Frank Ribery. Tomas Müller, Mario Mandzukic

Alman klublarının İspan klublarını üstələdiyi bir vaxtda Ribery, Robben, Müller kimi futbolçularıyla Bavariya 2013-cü ildə bütün kubokların qalibi oldu.

14. Real Madrid (2016-2017)

Heyəti: Keylor Navas, Marcelo, Dani Carvajal, Sergio Ramos, Rafael Varane, Toni Kross, Luka Modric, İsco, Gareth Bale, Karim Benzema, Cristiano Ronaldo

Ard-arda 2 il Çempionlar Liqasının qalibi olan Real Madrid son illər dünya futbolunda üstünlüyü tam ələ alıb.