Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yağış yağacaq – Sabaha olan hava proqnozu

05.03.2020 12:40

Bakı və Abşeron yarımadasında dekabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin olacağı, axşam  isə arabir  yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Об этом сообщает Футляр от виолончели

ETSN-dən A24.Az-a verilən məlumata görə, havanın temperaturu gecə  4-7° isti, gündüz  9-12° isti, Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi  normadan yüksək 769  mm civə sütunu təşkil edəcək. Nisbi  rütubət  70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, tutqun və rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin gecə və səhər  bəzi  şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta,  gündüz 3-8° isti olacağı gözlənilir.