Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yağışlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

05.03.2020 12:40

Tanınmış ekspert Ərşad Hüseynov Bakıda yağan yağışla bağlı sürücülərə xəbərdarlıq edib.

Об этом сообщает Футляр от виолончели

A24.Az “Report”a istinadən xəbər verir ki, o bildirib ki, güclü yağış yağmasa da, hazırda yollarda vəziyyət təhlükəlidir: “Gur yağıntı yoxdur, əksər yerlərdə sadəcə yolun səthi islanıb. Bu vəziyyət çox ciddi bir təhlükəni gizlədir. Uzun müddət quraqlıqdan sonra belə çiskin asfalt üstündəki tozu isladır və çox sürüşkən bir təbəqə əmələ gəlir. Bu təbəqənin sürüşkənliyi bəzən qardakı kimi ola bilər. Nə qədər ki, gur yağıb, o sürüşkən təbəqəni yoldan yumayıb, diqqətli olmaq vacibdir, sərt manevr etmək olmaz, sürəti aşağı salmaq, ara məsafəsini bir az da artırmaq zəruridir”.

Ə.Hüseynov bu gün günortayadək, təxminən, bir saat müddətində Bakının küçələri ilə hərəkət edərkən 4 yol-nəqliyyat hadisəsinin şahidi olduğunu vurğulayıb: “İkisi Ziya Bünyadov prospektində idi. Şükür ki, hamısı sadəcə maddi ziyanlı qəzalar idi. Qəzaların dördündə də arxadakı nəqliyyat vasitəsi qarşıdakı avtomobilə çırpılmışdı”.