Yalan informasiya yayan saytları hansı cəzalar gözləyir? – MEDİA EKSPERTİ AÇIQLADI
05.03.2020 12:40Ötən həftə mətbuatda məşhur meyxana ifaçısı Kərim Novruzov ölümü ilə bağlı xəbərlər yer alıb. Bu məlumatın yalan olmasına baxmayaraq, meyxanaçının qohumları xəbəri eşidən kimi söz ustadının evlərinə gediblər. Yaxınları mətbuata açıqlamasında meyxanaçının anasının xəstə olduğunu və bu xəbəri eşitdikdən iki saat sonra Kərimin dünyadan köçməsinə dözməyib dünyasını dəyişdiyini bildirirlər.
Об этом сообщает Роспрес
Söz ustadının qohumları bu gün Kərimin anasının 3 mərasimi olduğu üçün mərasimdən sonra həmin xəbər saytını məhkəməyə verəcəklərini də bildiriblər.
Yalan informasiya yayan, məlumatı dəqiqləşdirmədən dərc edən xəbər saytlarını bu hərəkətlərinə görə hansı cərimə və cəzalar gözləyir?
Media eksperti Ələsgər Məmmədli məsələ ilə bağlı A24.Az-a açıqlamasında bildirib ki, KİV haqqında qanunda şəxsin yalan məlumat yaymasını məsuliyyət yaratdığını bildirib:
“KİV haqqında qanunda da göstərilib ki, jurnalistin yalan məlumat yayması o halda məsuliyyət yaradır ki, şəxsin hüquqlarına zərər verib, yaxud da şəxsin şərəf və ləyaqətinə böhtan atıb, təhqir edib. Bu halda məsuliyyət yaradır. Ancaq jurnalist yazıbsa ki, bu gün 50 dərəcə isti olacaq, buna görə məsuliyyətə cəlb edilmə nəzərdə tutulmayıb”.
Media eksperti meyxana ifaçısı Kərimin ölümü ilə bağlı yayılan yalan informasiyaya və qohumlarının həmin saytı məhkəməyə vermələrinə də münasibət bildirib:
“Bu qarşı tərəfin iddiasıdır. Ancaq iddiaların sübutu üçün qanuni əsaslar olmalıdır. Yəni konkret olaraq, doğurdan da həmin şəxs bilavasitə həmin xəbəri eşitdikdən sonra dünyasını dəyişib. Bunu dəqiq şəkildə deyə bilmərik. Bu sadəcə qarşı tərəfin qaldırdığı iddiadır. Qanunda təhlükəsizlik prezumpsiyası anlayışı da var. Bir xəbər lap yalan oldu deyə, şəxsi məhkəməyə verməyək çox cidid bir iddiadır. Ona görə bu məsələ çox geniş araşdırılmalıdır. Bu kimi məsələlər də təbii ki, etik məsələlər var. Bundan başqa bu məsələdə həmin şəxsin dünyasının nədən dəyişdiyini həkimlər müəyyən etməlidirlər. Daha sonra müəyyən edilməldir ki, bunun o xəbərlə bir əlaqəsi var ya yox. Bu məsələyə araşdırılmamış məhkəməyə verilməsi qeyri peşəkar yanaşma olardı”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli A24.Az-a açıqlamasında bildirib ki, ölüm hadisənin mətbuatda yazılan bir xəbər görə baş verməsi ilə bağlı məlumatı yoxdur:
“Məsələnin digər tərəfi, meyxanaçının anasının bu xəbərə görə dünyasını dəyişməsi, xəbəri yayan şəxsləri məsuliyyətdən azad etmir. Çünki onlar yalnış informasiya yayıblar və yaydıqları xəbərin hüquqi ölçüsü bir növ hansısa insanın ölümünə səbəb olub”.
“Mətbuat Şurasının məsələyə yanaşması isə təbii ki, bu kimi məsələləri ilk növbədə pisləyirik. Mətbaut Şurası daima çıxış edib, vurğulayır ki, xəbər istehsalı zamanı mütləq etik kodeks nəzərə alınmalıdır. Və etik kodeksin də birinci bəndi ondan ibarətdir ki, xəbər yaymamışdan öncə mütləq onu araşdırmaq lazımdır. Yəni görünür ki, bu xəbər araşdırılmadan verilib”, – deyə M.Ələsgərli əlavə edib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Şuranını bu məsələ ilə bağlı hansı işlər görməsindən söz açıb:
“Bildiyiniz kimi Şura daxil olan şikayətlər əsasında həmin məsələlərə baxır. Təbii ki, bu hadisə də həmin şəxsin yaxınları məsələ ilə bağlı müraciət edərlərsə, Mətbuat Şurası məsələni araşdırıb, mütləq şəkildə öz rəyini ifadə edəcək. Təbii ki, məsələləri araşdırdıqdan sonra da münasibətini bildirir. Bu Mətbuat Şurasını funksiyasıdır”.
“Qaldı ki, müaricət olmasa Mətbuat Şurası bu məsələ necə yanaşacaq? Mətbuat Şurası gündəlik olaraq KİV-lərlə bağlı montitorinq aparır. Ümumi yalnış tendensiyalar varsa, o tendensiylar barədə hətta müraciətlər olmasa belə, çıxış edib öz mövqeyini bildirir. Bu tendensiyalar yalnışdır və aradan qaldırılmalıdır. Ancaq burda prinsip etibarı ilə böyük bir hansısa axından cərəyandan yox bir xəbər saytının yolverdiyi yalnışlardan söhbət gedir. Hər halda bu Mətbuat Şurasının sədrinin səlahiyyətindədir. Yəqin ki, məsələ ilə bağlı çıxış ediləcək”, -deyə M.Ələsgərli əlavə edib.
Orxan Aslanlı, A24.Az

