Yanacaqdoldurma məntəqələrində sürücülər belə aldadılırmış – Ekpertdən açıqlama
05.03.2020 12:40Benzinin keyfiyyəti, həcmi, aldadılmaq sürücüləri narahat edən əsas problemlərdəndir.
Об этом сообщает Футляр от виолончели
Bu haqda danışan ekspert Əli Sultanov yanacaq doldurma məntələrində sürücülərin yaşadığı problemlərə bu cür aydınlıq gətirib:
“Onsuz da yanacaqdoldurma məntəqələrindən SOCAR-dan başqa heç yerdə benzin ölçən cihaz yoxdur. Bu yaxınlarda da SOCAR özü açıqlama verdi ki, hər bir sürücü respublika üzrə məntəqələrə yaxınlaşıb benzinin keyfiyyəti, həcmi və dəqiqliyini tələb edə bilər.
Digər yanacaq məntəqələrinə yaxınlaşsaq ki 10 litr benzini gətirin ölçək, razılaşmırlar. Benzini ölçən aparatlara 10 manatlıq ödəniş edilirsə 9-9.5 litr benzin vurulur, hərçənd ki, bu 10-1.5 litr olmalıdır. Yeni 10 manatlıq yanacaq əvəzinə 9 mantlıq yanacaq doldurulur”.
Ekspert onu da qeyd edib ki, yanacağın tərkibinə əlavə maddələr də qatılır:
“Respublika üzrə mənbədə yanacaq 92-dir. Bütün məntəqələrə də eyni verilir. Lakin sonra yoxlanış edəndə həmin yanacaqlar müxtəlif yerlərdə 88-89-a düşür. Bu da o deməkdir ki, həmin yanacaqların tərkibində başqa maddələr var.
Yanacaqlarda bütün standartlarda təbii buxarlanmalar da mümkündür, yayda günün altında 35-45 dərəcədə istidən kənardan maşının çəninə qradusla baxanda buxarlanmanı görə bilərik. Əlbəttə ki yayda 30-40 qram buxarlanmağı normal haldır”.
O da qaçılmazdır ki, sürücülər yanacaq doldurarkən şübhəli məqamlara rast gəlir. Ekspert
Ə.Sultanov sürücüləri narahat edən problemə belə aydınlıq gətirib:
“Sürücülər yanacağın tez bitməsindən şikayətlənir. Yanacağı doldururlar, lakin istifadə etməmiş şkala aşağı enir. Bunun 2 səbəbi var, ya həmin sürücüləri yanacaq məntəqəsində aldadıblar, ya da həmən şkala düzgün işləmir.
Bu cür aldadılma hallarının aradan qaldırılması İqtisadi İnkişaf Nazirliyi tərəfindən 5-10 nəfərlik komissiya yaradılmalıdır və onlara icazə verilməlidir ki, hər bir yanacaq məntəqələrində monitorinqlər keçirilsin”.

