Yanan “Təzə bazar”dan reportaj – Jurnalistlər qovuldu: “Xəstə adamam, özümü yandırım?” – VİDEO
05.03.2020 12:40
Xəbər verdiyimiz kimi ötən gecə Bakının Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar”da güclü yanğın baş verib.
A24.Az-ın hadisə yerində olan xüsusi müxbiri bildirir ki, ötən gecə 1 radələrində od tutub yanan bazarın görüntüləri görənləri dəhşətə gətirib. Belə ki, bazarın üst hissəsi, ərazidəki bütün məhsullar demək olar ki, tamamilə yanıb, külə dönüb.
Yanğının tüstüsündən yaxınlıqda yerləşən zoo mağazadakı canlılara da ziyan dəyib, hətta bir neçə heyvan zəhərlənərək ölüb. Böyük məbləğdə ziyan dəyən sahibkarlar isə aqressivlik nümayiş etdirərək jurnalistləri çəkiliş meydanından qovub və müsahibə verməkdən də imtina ediblər.
Özünü “Təzə bazar”ın sahibinin bacısı kimi qələmə verən və adını açıqlamayan qadın da aqressiv şəkildə jurnalistlərə qarşı nalayiq hərəkətlər edərək onlardan məkanı tərk etmələrini tələb edib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
Görüntüləri təqdim edirik:
Brilyant Rəsulova, Fərid Orucov
Об этом сообщает Руспрес

