Yanmış mənzilin zirzəmisindən balta ilə qətlə yetirilmiş 4 cəsəd tapıldı – DƏHŞƏT
05.03.2020 12:40Yeni il bayramı ərəfəsində Rusiyanın Ural vilayətində dəhşətli qətl hadisəsi baş verib. Belə ki, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları 4 nəfərin vəhşicəsinə qətlə yetirilmiş cəsədlərini bayramdan günlər sonra yanmış evlərdən birinin zirzəmisində aşkarlayıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, polis 4 nəfərin qatilinin həbs etməyə müvəffəq olub. 46 yaşlı “Paravoz” ləqəbli killeri həbs etdikdən sonra cinayətin motivləri bəlli olub.
Qatil bildirib ki, bayramı öz tanışlarının evində qeyd edib. Əyləncə bitdikdən sonra ev sahibləri onun evdə yubanmasından, getmədiyindən narahat olmağa başlayıb. Çünki onun oğurluq vərdişləri hər kəsə məlum olub. Elə bu da münaqişəyə səbəb olub. “Paravoz” məsələyə aressiv yanaşaraq balta ilə 2-si qadın 2-si kişi olmaqla 4 nəfəri qətlə yetirib. Cinayəti törətdikdən sonra izi itirmək üçün cəsədləri zirzəmidə gizlədərək evi yandırıb.
Qonşuların polisə verdiyi ifadədən sonra evdə ciddi axtarış işləri aparılıb.Belə ki, yanğından sonra qonşular polisə mənzildə 5 nəfərin əyləndiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.

