Yapon alimləri 20 metrlik “əl” hazırladılar – 980 qram çəkisi var
05.03.2020 12:40Yapon mühəndislər Tokio Texnologiya Universitetinin professoru Koiti Sudzumorinin başçılığı ilə cəmi 980 qram çəkisi olan 20 metrlik avtomatlaşdırılmış “əl” hazırlayıblar.
Об этом сообщает Руспрес
A24.Az TASS-a istinadla xəbər verir ki, həmin “əl” mürəkkəb şəraitdə pilotsuz təyyarələri əvəz edə bilər.
Konstruksiyanın əsasını neylondan və polietilendən hazırlanmış və helium qazı ilə doldurulmuş şarlardan hazırlayıblar. Müəyyən bucaq altında asanlıqla əyilən bu aparatların ucunda balaca videokameralar yerləşdirilib. Aparatın imkanlarından müxtəlif problemlərin aradan qaldırılmasında kömək üçün istifadə edilməsi nəzərdə tutulur.
Bəzən dronlar və uzaqdan idarə edilən aparatlar hər yerdə köməyə gələ bilmir. Onların hər hansı avadanlıqla toqquşma və sınma təhlükəsi var. Ancaq yeni aparat dronların girə bilmədiyi yerlərə asanlıqla keçə bilir və çəkilişlər aparır. Yeni icaddan stansiyalarda qəzaların aradan qaldırılması üçün daha çox istifadə edilməsi gözlənilir.
Lakin kamerayla hazırlanmış hava ilə doldurulan “əl” heç də mükəmməl deyil. O, külək və ya kondisionerdən çıxan havanın axınları olan yerdə istifadə edilə bilmir.

