Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yapon nazir Qüdslə bağlı fikirlərini Netanyahunun üzünə dedi

05.03.2020 12:40

Yaponiyanın xarici işlər naziri Taro Kono Fələstin və İsrail təmaslarından sonra səfər etdiyi İordaniyada diqqətçəkən açıqlama verib.

Об этом сообщает Руспрес

Saytımız Türkiyə KİV-nə istinadən xəbər verir ki, Qüds məsələsinə toxunan nazir səfirliyin Qüdsə köçürülməyəcəyini deyib.

İordaniyaya məxsus “Petra” xəbər agentliyinin məlumatına görə, İsrail və Fələstin arasındakı müsanibətlərdən bir gün sonra İordaniyaya gedən Yaponiya xarici işlər naziri Taro Kono iordaniyalı həmkarı Eymen Safadi ilə görüşüb. Kono görüşü zamanı ölkəsinin ABŞ-ın Qüdslə bağlı verdiyi qərarını təqib etməyəcəyini və İsrail-Fələstin məsələsində “iki tərəfli həlli” dəstəklədiyini ifadə edib.

Qüdsün statusu ilə bağlı  anlaşılmazlıqların müzakirələr yolu ilə həll edilməsinə ehtiyac olduğunu ifadə edən Kono iki dövlət problemin həllinə nail olması üçün səylərin göstərilməsinə ehtiyac olduğunu bildirib.

Görüşdə ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı verdiyi qərarını dəyərləndirən İordaniya xarici işlər naziri Safadi isə sözügedən addımın “beynəlxalq qanunların pozulması” kimi gördüklərini ifadə edib.

Firuzə Alimova / A24.az