Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yaponiya Şimali Koreyaya qarşı silahlanır: Rekord həcmdə vəsait ayrılacaq

05.03.2020 12:40

Yaponiya 2018-ci ildə müdafiə sektoruna 46 milyard dollar ayırmağı planlaşdırır.

Об этом сообщает Роспрес

A24.Az xəbər veri ki, bu barədə “Nikkey” qəzeti məlumat yayıb.

Qəzetin yaydığı məlumata əsasən, xərclərin əsas hissəsi Şimali Koreya tərəfinin mümkün hücumlardan müdafiə üçün silahlandırılmanın alınmasına yönləndiriləcək. Misal üçün, paytaxt Tokioda raket əleyhinə müdafiə sistemlərinin möhkəmləndirmək niyyətindədirlər”, – deyə nəşr qeyd edib. Bu təklif qəbul edilərsə, Yaponiya tarix boyu hərbi büdcəyə ən yüksək, rekord həcmdə vəsait ayrıcaq. Onu da qeyd edək ki, artıq 6-cı ildir ki, Yaponiya müdafiə xərclərini durmadan artırır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Yaponiyanın baş naziri Sindzo Abe böyük miqdarda hərbi texnika almaq üçün ABŞ-a müraciət edib: “Biz dünyada ən böyük hərbi texnika istehsal edən ölkəyik. Yaponiyanın baş naziri Sindzo Abe böyük həcmdə texnika sifariş edib. Onlar buna məcbur oldular. Çünki qonşu ölkədə baş verənləri nəzərə alsaq, bu addım atılmalı idi”, – deyə D.Tramp ABŞ-ın Tokiodakı səfirliyində çıxışı zamanı deyib.

Orxan Aslanlı // A24.Az