Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yaponiyanın çiçəyə çevrilən qəzeti – Təbiətə yenidən qayıdış

05.03.2020 12:41

Yaponiyanın ən çox oxunan qəzetlərindən biri torpağa əkilib sulandıqdan sonra yaşıllaşıb çiçək açır.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, yaponların sonuncu kəşfi olan bu qəzet oxunulduqdan sonra torpağa əkiləcək bir qəzetdir.

Qəzetin kağızı kiçik çiçək və ot toxumlarından ibarət olan qarışımdan hazırlanır. Beləcə yenidən istifadə edilə bilir. Davamlı məhsul əldə etməyin ən gözəl üsulu qəzetin alt hissəsində şəkillərlə izah edilir.

Qəzetin yenidən təbiətin bir hissəsi olması üçün onu oxuduqdan sonra kiçik hissələr halında torpağa əkmək və sulamaq lazımdır. Bir neçə həftə ərzində saxsıda bitki və çiçəkləri görmək mümkündür.

Bu fikir “The Mainichi” ilə işləyən reklam agenti tərəfindən hazırlanıb. “Yaşıl qəzet” adı verilən yenilik “Yapon” qəzetinin ilk təşəbbüsü deyil. Ətraf aləmi qoruma mövzusunda həssas olan qəzet ətraf aləmi susuzluqdan əziyyət çəkən insanlar üçün su paylamaqda da təşəbbüs göstərib.

Gündə 4 milyondan çox nüsxəsi satılan və təqribən 80 milyon yen gəlir əldə edən qəzet ətraf aləm mövzularında uşaqların diqqətini cəlb etmək və onlara yenidən əldə etmək, qaytarmağın əhəmiyyətini öyrətmək üçün məktəblərlə də tədbirlər keçirir.

Firuzə Alimova / A24.az