Yaralı toyuğunu xəstəxanaya gətirdi – Həkimlər baxmadı, kişi dava saldı – VİDEO
05.03.2020 12:41Yaralı toyuğu xəstəxanaya gətirən şəxslə həkimlər arasında mübahisə yaranıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, toyuğu yaralanan kişi baytar tapa bilməyib. Çarəni toyuğu xəstəxananın təcili yardım şöbəsinə aparmaqda görüb. O, həkimlərdən toyuğa tibbi yardım etmələrini istəyib. Onlar isə etiraz ediblər. “Heyvanlara xidmət edə bilmərik. Dişləyə bilər” deyən həkimlərə “Şir deyil, pələng deyil. Toyuqdur bu. Heç nə etməz”, – deyə kişi üsyan edib.
Baş verənlər hadisə şahidləri tərəfindən videoya çəkilib.
A24.Az Türkiyə mətbuatına istinadən həmin görüntüləri təqdim edir:

