Yardımlıda 34 yaşlı kişi qaçırdığı qızı boğaraq öldürüb – TƏFƏRRÜAT
05.03.2020 12:41Yardımlı rayonunda baş verən qətlin təfərrüatı məlum olub.
Об этом сообщает Роспрес
Saytımız “Report”a istinadən bildirir ki, hadisə Yardımlı rayonunun Telavar kəndində baş verib.
23 yaşlı Babayeva Natavan Azəddin qızı həmkəndlisi, 34 yaşlı Təhməzov Niyaz Baxas oğlu tərəfindən boğularaq öldürülüb.
Hadisənin təfərrüatına gəlincə, bir müddət əvvəl N.Babayeva həmkəndlisi N.Təhməzov tərəfindən qaçırılıb. Sonradan aralarında yaranan münaqişə səbəbindən N.Təhməzov qaçırdığı qızı kənddə boş evlərin birinin tövləsində boğaraq öldürüb.
N.Təhməzov tutulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

