Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Yas pulu” üstündə dava: gənc oğlan döyüldü – VİDEO

05.03.2020 12:41

Yas pulu yığan gənc həmkəndlilərinin hücumuna məruz qalıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəzərxəbər-ə istinadla məlumat verir ki, hadisə Bərdədə rayonun Dəymədağlı kəndində qeydə alınıb. Kənddə yaxın qohumların yas mərasiminin pulunu yığan 32 yaşlı Fikrət Əsədov həmkəndliləri tərəfindən doyulub. İddiaya görə, Qəhrəman Kərimov adlı şəxsin, yas dəftərindən oğurluq etmək istəməsi olub. Buna mane olan Fikrət Əsədov Qəhrəman Kərimovla mübahisə edib. Daha sonra isə Qəhrəman Kərimovun övladları Yalçın və Bəbir qardaşları Fikrət Əsədovu kənddən kənara əkin sahəsinin yaxınlığına apararaq küt alətlə ona ağır bədən xəsarətləri yetiriblər.

Yaralı gənc yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda Travmatalogiya şöbəsində olan Fikrət əsədovun vəziyyətini həkimlər orta ağır qiymətləndirilir. Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.