Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yasamalda güclü yanğın: 2 nəfər xilas edildi

05.03.2020 12:41

Bakının Yasamal rayonunda altımərtəbəli yaşayış binasında yanğın olub.

Об этом сообщает Руспрес

A24.Az-ın FHN-nin saytına istinadən xəbərinə görə, binanın 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizin və eyvanının yanar konstruksiyaları 46 m2 sahədə yanıb,  2 otaq 22 m2 sahədə qarsalanıb. 4-cü mərtəbədə yaşayan vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər 2 m2 sahədə əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-cü mərtəbədə yaşayan 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.