Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yeni ailə qurmuş bacısını öldürən gəncə hökm oxundu

05.03.2020 12:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Pərviz Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, hadisə Sumqayıt şəhərində qeydə alınıb. Şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Pərviz Şahbazov 22 yaşlı bacısı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Pərviz Şahbazovun bacısını namus üstündə öldürdüyü məlum olub. Zümrüd Soltanova bir müddət əvvəl ailə həyatı qurub. Daha sonra onun ailəsində problemlər yaranmağa başlayıb.

Bu səbəbdən 22 yaşlı qızın qardaşı ilə də münasibətləri pozulub və ötən ilin oktyabrın 11-də Zümrüd Soltanova atasının evində qardaşı tərəfindən amansızlıqla qətlə yetirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Pərviz Şahbazov 15 il müddətinə azadlıqdan məhrum edilib.