Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yeni ildən bakıya 350 yeni avtobus gətiriləcək

05.03.2020 12:42

Nəqliyyat vasitələrindən 20-sı “qarmonvari”dır.

Об этом сообщает Роспрес

A24.az Trend-ə istinadən xəbər verir ki, bu avtobusların uzunluğu 18 metr olacaq. Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli Sərnişinlərin bu cür avtobuslara qarşı şübhəli yanaşmasına cavab da verib.

Vüsal Kərimli: “Bəziləri düşünür ki, Bakıya “qarmonvari” avtobuslar yaramır. Amma bu belə deyil. Bakının küçələri buna əlverişlidir. Bununla bağlı araşdırma aparmışıq, xarici şəhərlərin küçələri ilə Bakı küçələrini müqayisə etmişik. Avropa şəhərlərinin bəzi küçələri Bakının küçələrindən dardır. Sadəcə orada sərnişin-sürücü münasibətləri normaldır. Döngələrdə avtomobil park etmirlər, ötmə əməliyyatları düzgün aparılır və s. Bütün bunlar yollarda nəqliyyatın hərəkətinə təsir edir. Ona görə də əminliklə deyə bilərəm ki, 18 metrlik avtobuslar Bakı küçələrində normal hərəkət edə bilər”.

Direktor hələki hansı sərnişin daşıyıcısı xəttinə paylanacağı barəsində məlumat verməyib.