Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yeni ilin ən gözəl yolkası sizin evinizdə ola bilər – Özü də təbii ağacdan – VİDEO

05.03.2020 12:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ucuz qiymətə yeni il ağacı əldə etməyin qaydalarını açıqlayıb. Təfərrütları təqdim edirik.

Об этом сообщает Роспрес

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yolka bəzəmək üçün təbii ağaclar təklif edir.

1 metrdən 2 metrə qədər olan süni yolkaların qiyməti 100 manata yaxın olduğu halda təbii ağaclar üçün 2-5 manat ödəyəcəksiniz. Ağac 2 metrdən hündür olduqda isə cəmi 10-15 manat pulunuz çıxacaq.

Yalnız Eldar və Sərv ağacları satış çıxarılıb. Şəxs, yolka üçün bəyəndiyi ağacı elə yerindəcə kəsdirib ala bilər. Bu günə qədər 30-a yaxın insan yolka bəzəmək üçün sözügedən ağaclardan alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanovun sözlərinə görə, bu xüsisi şəraitdə yetişdirilən tinglərdir. Boy atma dovrü sürətli getdiyindən satışa çıxarılırlar. Sektor müdirinin sözlərinə görə, bu ağacları meşədəkilərlə səhv salmaq olmaz. Heç kimə meşədə ağac kəsib satmaq səlahiyyəti verilməyib.

Ölkədə yerləşən meşələr sanitar-estetik su saxlayıcı funksiyaya malik olduğundan ağac kəsilməsi qadağandır. Qeyd edək ki, qanunsuz ağac kəsənləri 800-4000 min arasında cərimə gozləyir. Sadiq Salmanov son bir neçə illə müqayisədə ağac kəsilməsi hallarının 40% azaldığını deyir. Xüsusi qulluq nəticəsində isə 17 il ərzində meşələrin sayı 1% artıb.