Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Yeni Müsavat” qəzetinin yaranmasından 28 il ötür

05.03.2020 12:42

A24.az xəbər verir ki, Azərbaycanın köklü qəzetlərindən olan “Yeni Müsavat” qəzeti bu gün özünün 28-ci quruluş ildönümünü qeyd edir.

Об этом сообщает Футляр от виолончели

“Yeni Müsavat” qəzetinin ilk sayı 1989-cu ilin 10 noyabrında oxucusu ilə görüşüb. Qəzetin redaksiyası iki il – 1991-ci ilin oktyabr ayının sonlarına qədər gizli fəaliyyət göstərib. “Samizdat” üsulu ilə çap olunan və AMDP “Yeni Müsavat” adlı partiyanın yayın orqanı kimi fəaliyyət göstərən qəzetin ilk 17 nömrəsi Azərbaycanda və Tiflisdə gizli yolla dərc olunub. Yalnız Azərbaycan de-yure müstəqillik əldə etdikdən sonra qəzeti rəsmi qeydiyyatdan keçirtmək mümkün olub. 1989-91-ci illərdə Gəncədə yerləşən redaksiya 1991-ci ilin axırlarında, rəsmi qeydiyyatdan sonra Bakıya, AXC-nin qərərgahına köçüb. AXC sədri Ə. Elçibəyin dəstəyi ilə qəzetin ilk redaksiyası hərəkatın Sahil bağında yerləşən qərargahında qurulub.

Qəzetin qurucusu və ilk baş redaktoru Rauf Arifoğlu olub.O, 28 ildir ki, “Yeni Müsavat”a rəhbərlik edir.