Yeni prezident ölkəsinin adından “İslam” sözünü siləcək
05.03.2020 12:42Qambiyada baş verən qarışıq hadisələrdən sonra prezident seçilən Adama Barrou, artıq dövlətin İslam Respublikası olmayacağını elan edib.
Об этом сообщает Руспрес
Saytımız “din.az”a istinadən xəbər verir ki, Qambiyanın yeni prezidenti Adama Barrou, bəzi konstitusiya dəyişikliklərinin ediləcəyini bildirərək deyib: “Qambiya “İslam Respublikası” deyil, “Qambiya Respublikası” olacaq”.
Ölkədə 1 dekabrda keçirilən seçkilərdə qalib gələn, lakin keçmiş dövlət başçısı Yahya Jammehin vəzifədən getmək istəməməsi səbəbilə yaranan böhran zamanı Seneqala gedən Barrou yenicə ölkəsinə qayıdıb.
Qeyd edək ki, seçkilərdəki məğlubiyyətini ilk mərhələdə qəbul edən Jammeh, sonradan Qambiya Ali Məhkəməsinə etiraz edərək iqtidardan getmə çağırışlarını rədd etmişdi. Jammeh ötən həftənin sonunda iqtidardan uzaqlaşmağa məcbur olmuş, ailəsiylə birgə Qambiyadan getmişdi.

