Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yeni telefonlar sahibini üzündən tanıyacaq

05.03.2020 12:42

“Apple” korporasiyası yeni “iPhone”larda “Touch ID” texnologiyasından imtina edərək üz tanıma texnologiyasına üstünlük verəcək.

Об этом сообщает Роспрес

Saytımız Trend istinadən xəbər verir ki, bu barədə “KGİ Securities” şirkətinin analitiki Min Çi Kuo bildirib. Min Çi Kuo deyib ki, yeni smartfonlarda çərçivəsiz OLED-ekranların tətbiqi nəticəsində korpusda “Home” düyməsi və barmaq izini tanıyan “Touch İD” sensoru üçün yer qalmayacaq.

Bunun əvəzinə yeni biometrik təhlükəsizlik texnologiyası işlənib hazırlanır. Həmin texnologiyaya əsasən “iPhone” öz sahibini ön kamera vasitəsilə üzdən tanıyacaq. “KGI Securities” eksperti optik barmaq izi skanerinin işlənib hazırlanmasını da istisna etmir. Bu skaner displeyin altında yerləşdirilə bilər. KGI analitikləri hesab edirlər ki, “Apple”nin elastik OLED-ləri “3D Touch” sistemi vasitəsilə gücün tanınması sayəsində işə düşəcək.

Cari versiyalarda isə bu funksiya yoxdur. Deyilənə görə, payızda şirkət “iPhone”nun 3 versiyasını təqdim edəcək. Onlar şüşə korpus və iki kameradan ibarət kompakt modellər olacaq.