Yeni yaradılan regional idarələrə kimlər başçılıq edəcək? – SİYAHI
05.03.2020 12:42Xəbər verdiyimiz kimi Azərbaycanda fəaliyyət göstərən rayon mədəniyyət və turizm idarələri regional idarələrdə birləşdirilib.
Mədəniyyət və Turizm Nazirliyindən A24.Az -a verilən məlumata görə nazir regional idarələrin rəhbərlərini təyin edib.
Об этом сообщает Роспрес
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mehman Şükürov Sumqayıt Mədəniyyət və Turizm Baş İdarəsinin, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Elnur Hüseynov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin, Mirvari Zeynalova Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi
Vüqar Zeynalov – Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsini icra etmişdir. 2017-ci il 05 yanvar tarixində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi təyin olunmuşdur (Beynəlxalq Biznes, İdarəetmə və Hüquq İnstitutunda hüquqşünas ixtisası, Azərbaycan İctimai-Siyasi Universitetində beynəlxalq hüquq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almışdır).
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi
(Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi)
Mehman Şükürov- Sumqayıt Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 2017-ci il 05 yanvar tarixində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin
rəisi təyin olunmuşdur (Azərbaycan Dövlət İncəsənət Universitetində mədəni-maarif ixtisası üzrə təhsil almışdır).
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi
(Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi)
Nazim Ağayev- Xaçmaz rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 2017-ci il 05 yanvar tarixində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin
rəisi təyin olunmuşdur (Azərbaycan Dövlət Universitetində tarix və ictimaiyyət ixtisası üzrə təhsil almışdır).
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi
(İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət və turizm şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi)
Elnur Hüseynov- Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra etmişdir. 2017-ci il 05 yanvar tarixində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunmuşdur (Azərbaycan Dövlət İncəsənət Universitetində rəssam-rəngkar ixtisası üzrə təhsil almışdır).
Şəki Regional Mədəniyyət və Turizm İdarəsi
(Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi)
Mirvari Zeynalova – Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 2017-ci il 05 yanvar tarixində Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunmuşdur (Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, fortepiano, müəllim ixtisası üzrə təhsil almışdır).
Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi
(Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi)
Elman Məmmədov- Füzuli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 2017-ci il 05 yanvar tarixində Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunmuşdur. (Azərbaycan Dövlət Universitetində jurnalist, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında iqtisadçı-təşkilatçı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil almışdır).

