Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

YENİLİK: Kondisioner, televizor, kitab və internetli dayanacaqlar gəlir

05.03.2020 12:43

Türkiyədə Daxili İşlər Nazirliyi tərəfindən Mardin Böyükşəhər Bələdiyyəsinin xidmətinə təqdim edilən şəhərin ən çox gediş-gəliş olan küçələrində kondisioner, televizor, kitab və interneti olan dayanacaqlar istifadəyə veriləcək.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, vətəndaşları əlverişsiz hava şəraitindən qorumaq və rahatlıqla təmin etmək üçün 6 yerdə qapalı 6 dayanacağın hazırlanması işlərinə başlanılıb.

21 kv.metr sahəni əhatə edəcək dayanacaqlarda kondisioner, internet, kitab və televizor olacaq.

Mardin Böyüşəhər Bələdiyyəsinin sədri Vekili Yaman Mardin Dövlət Xəstəxanasının qarşısında artıq hazırlıq işləri tamamlanan dayanacaqla tanış olub. Bələdiyyə sədri verdiyi açıqlamada, xəstə, yaşlı və uşaqların soyuq və fırtınalı havalarda avtobus dayanacaqlarında böyük çətinliklərlə qarşılaşdığını, məqsədlərinin bunun qarşısını almaq olduğunu deyib.

Firuzə Alimova / A24.az