Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yeniyetmələrin intiharında ana faktoru- Valideynlərin niyə övladlarını intihara sürükləyir?

05.03.2020 12:43

İnsanın istəyərək həyatına son verməsi və ya, şəxsin özünə qarşı qəsd halı olan intihar psixologiyada öndə gələn ölüm səbəbidir.

Об этом сообщает Футляр от виолончели

İntihar hadisələrinə stresli şəraitdən ağır psixi problemlər olan xəstələrə qədər bütün təbəqələrdən olan insanlarda görünməkdədir. İntihar edən şəxsin həqiqətən ölüm arzusu olmaqla yanaşı, həm də bu addımla çəkdiyi  acını və ümidsizliyi dilə gətirmək üçün ilə etmiş ola bilər. İntiharlar və intihara cəhdlər fərdi, ailəsini, sosial ətrafını və eyni zamanda cəmmiyyəti də sarsıdan təsirlərə və nəticələrə yolaçır. Bu cür halların təkrarlanmasının yol açdığı önəmli nüanslardan biri də  xalqın sağlamlıq problemidir.

Bu gün ölkəmizdə hər gün intihar hadisələrinin baş verir. Onların əksəriyyətli yeniyetmə və orta yaşlı insanlardır.

İntihar rasional davranış hesab olunmur

Psixoloq Narınc Rüstəmovanın A24.Az-a verdiyi məlumata görə, güclü stress altındakı insanlar bu stress altında həyatlarına və gələcəyə dair məntiqli, sağlam qərar verə bilməzlər.Bu şəxslər problemlərin ağırlığı altında özlərini çıxışı olmayan tuneldə hiss edir və intiharı yeganə çıxış yolu hesab edirlər.

“İnsanlar, valideynlər övladlarına sağlam seçim etməsi üçün dəstək olmalıdır. Bir nəfər intihara meyilli olan şəxsə çıxış yolunun yalnız bu olmadığını, hər zaman alternativlərin olduğunu göstərməlidir. İntihar cəhdi biyoloji, psixoloji və sosioloji səbəbləri olan qarışıq insan davranışıdır. İntihar davranışlarının əmələ gəlməsində ən önəmli təsirlər sosial və psixoloji problemlərin varlığı və düşülən vəziyyətdəki krizislərdir”.

İntihar hadisələrində “Verter” sindromu faktı

Tarixi perspektivdən yanaşsaq, günümüzdəki şərtlərlə əsaslandırdıqda intiharların  ortaya çıxmasında sosial nümunənin və təqlidin önəmli olduğunu görə bilərik. Məsələn, Alman yazıçı Hötenin “Gənc Verterin iztirabları” adlı kitabı kitabı Avropa qitəsində meydana gələn intihar hadisələrini çoxaltdı. “Verter” sindromu adı verilən bu ard-arda öznəqəst halları öyrənmənin intihar davranışlarının ortaya çıxmasında təsirini sübut etdi.

Hötenin yazdığı “Gənc Verterin iztirabları” əsərində Veterin imkansız sevgisindən və gəncin sevgisi üçün intihar etməsindən söhbət gedir. Avropad bu romanın çıxışından sonra bir çox intihar hadisəsi baş vermiş və bir-birinin ardınca baş verən (təqlid olunan) bu intiharlara “Verter” sindromu adı verilmişdir. Bu sindromun səbəb göstərildiyi 2006-2007-ci illərdə dünyada bir çox gənc qız ard arda intihar etmişdi. Bu da sübut edir ki, gənclərin intihara meyilliliyi daha güclüdür. İntihar hadisəsi isə yayılan və təqlidolunan xüsusiyyətə malikdir.

Bəs valideynlərin bu hadisədə rolu nə qədərdir? Xüsusən analar yeniyetməlik dövründəki  övladların intihar meylliliyində nə kimi rol oynayır?

“Təmiz Dünya” İctimai birliyinin rəhbəri Mehriban Zeynalova A24.Az-a verdiyi açıqlamasında bildirib ki, ailədə baş verən bütün münasibətlərdə təkcə ana yox, alilənin digər üzvləri də məsuliyyət daşıyır.

O, “Uşağın intihar etməsi təkcə ananın üzərinə düşən məsuliyyət deyil. Təbii ki, burada ailə üzvlərinin arasında baş verən münasibətlər, o cümlədən ananın özünə qarşı da kifayət qədər təzyiqlərin olması, və yaxud ailədə zorakılıq, uşağın maraqlarının nəzərə alınmaması, gəncin ümumi psixoloji vəziyyətinin valideyin tərəfindən müşahidə edilməməsi, insan olaraq hörmətlə, diqqətlə dinlənilməməsi- bütün bunlar gətirib intihar həddinə çatdırır. Yəni daxili boşluq, özünü realizə edə bilməmək, eyni zamanda ailədəki insanların ona qarşı kölə və ya münasibətdə onun fikirlərinin eşidilməməsi, ümumiyyətlə uşağa qarşı hörmətsizlik onu intihar həddinə gətirib çıxarır”.-deyə bildirib.

Ailə ilə yanaşı cəmiyyət də gənclərin intiharına yol açır

Zeynalovanın sözlərinə görə, yaşadığımız cəmiyyətdə müxtəlif münasibətlərin olması da intihara səbəb olur.

“Bu münasibətlər çərçivəsində  gərginlik və təzyiq altında qalaraq evə gələ bilərik.  Dərdimizi fikirlərimizi bölüşməliyik. Baş verənləri müzakirə etməliyik. Ailədə normal mühit olmayanda təbii ki şəxs təklənir və intihara üz tutur. Ola bilsin ailədə qız uşağının başına iş gəlib, yaxun oğlan hansısa mühitə düşüb və evdəki o zorakı hökmranlıq mühiti ona düşdüyü vəziyyətdən çıxmağa və məsləhət almağa adam qoymur. Evdəkilər ona məsləhət yox, təzyiq edə bilər”.- deyə bildirən Zeynalova, bu cür hallar ailə üzvləri tərəfindən kifayət qədər diqqət mərkəzində saxlanılmalı olduğunu deyib.

“Son zamanlar intiharı ciddi şəkildə çıxış yolu kimi görən  gənclərin olduğunu müşahidə edirik. Bunun qarşısını almaq üçün valideynlər, həmçinin nənələr, babalar  və digərləri mütləq şəkildə evladlarına qarşı daha diqqətli və müşahidəli olmalıdır”.

Zeynalova sədri olduğu “Təmiz Dünya “ cəmiyyətinə müraciət edən intihara cəhd etmiş insanları bu addımı atmağa vadar edən səbəblərdən danışıb.

O, “İntihara cəhd etmiş  adamlar olub ki, vaxtilə o prossesi keçib, bizə müraciət ediblər. Onlarla işləməyə başlamışıq. Adətən həmin sadaladığımız məsələlərdir ki, ailə üzvləri tərəfindən həmin evin uşağına şəxsiyyət kimi baxılmır. Valideynlər onları göstərişlərini mütləq şəkildə yerinə yetirməli olan uşaqlar kimi görürlər. və verilə tapşırıq heç bir halda müzakirə obyekti ola bilməz deyə düşünülür. Bu halda çıxılmaz vəziyyətdə qalan övlad  özünü labrintdəki kimi hiss edir və burdan çıxış yolunu yalnız intiharda görür. Hansısa çıxış yolu tapa bilmir, başqalarından aldığı məsləhətlər onu daha da çıxılmaz vəziyyətdə qoyur.  Evdəkilər onu eşitmək istəmir. Bütün bunlar intihara cəhdə gətirib çıxarır”. – deyə bildirib.

Natavan Abdulla