Yer silkələndi – 15 ölü, 100-dən çox yaralı
05.03.2020 12:43Filippinin cənub hissəsində, Mindanano adasında 6,7 bal gücündə zəlzələ baş verib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanların episentri Talisay şəhərindən 2 km cənub-qərbdə olub. Təbii fəlakət nəticəsində azı 15 nəfər ölüb, 100 nəfər yaralanıb.
Hadisə nəticəsində bəzi ərazilərdə elektrik enerjisi kəsilib, hotel və körpü dağılıb, bir çox yaşayış binası və tikililərə ziyan dəyib.
Təbii fəlakət baş verən ərazidə axtarış-xilasetmə işləri aparılır.

