Yeraltı məzarlıqdan 17 çürüməmiş mumya tapıldı
05.03.2020 12:43Misirin Minya əyalətində yeraltı məzarlıqdan arxeoloqlar çürüməmiş 17 mumyalanmış cəsəd tapıb.
Об этом сообщает Футляр от виолончели
Saytımızın məlumatına görə, Qahirə Universitetinin professoru Salah əl-Kholi “Bir çox mumyanın olduğu yeraltı məzarlıq tapdıq. Tapılan 17 mumya çox yaxşı vəziyyətdədir. Lakin bu yeraltı məzarlıq qadınlar, uşaqlar da daxil olmaqla 32-yə yaxın mumya üçün hazırlanıb” deyə bildirib. Lakin professor krallıqdan əvvəl misirlilərə aid olduğu düşünülən mumyaların dəqiq tarixini deyə bilmir. Qalıqların e.ə. 332-ci ildə İsgəndərin fəthindən sonra Misirin Yunan-Roma dövrünə aid ola biləcəyini təxmin edir.
Bundan başqa tapılan yeraltı məzarlıqda əhəng daşı, gil qəbirləri, heyvan tabutları və xalqa aid papiruslar da aşkarlanıb.

