Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yeyib-içən tanışlardan biri digərini bıçaqladı – SİYƏZƏNDƏ

05.03.2020 12:43

Siyəzən rayonu, Tofiq İsmayılov küçəsi, bina 14 ünvanında yaşayan, 1980-ci il təvəllüdlü Məmmədli Ramin Cəbrayıl oğlu bıçaqlanıb.

Об этом сообщает Роспрес

Saytımız “report”a istinadən xəbər verir ki, o, tanıdığı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Siyəzən Rayon Regional Diaqnostika Mərkəzində çatdırılan yaralıya döş qəfəsinin, qarının, sağ bazu oynağının, sağ dirsək oynağının kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Zərəçəkənin onu bıçaqlayan şəxslə birlikdə yeyib-içdiyi, hadisənin də elə bu vaxt baş verdiyi ehtimal edilir.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.