Yıldız Tilbe onu irqçi adlandıran yazıçıya: “Kişi deyilsən…”
05.03.2020 12:43Yıldız Tilbeni irqçilik etdiyinə görə təqsirləndirən Ahmet Hakan müğənninin sərt sözləri ilə üz-üzə qalıb.
Об этом сообщает Футляр от виолончели
Belə ki, Ahmet Hakan “O Səs Türkiyə”də iştirak edən yarışmaçıya “Mən səni əcnəbi zənn etdim. Türk olduğunu bilsəydim dönərdim” deyən Yıldız Tilbe haqqında “Ucuz, sərsəm, şapşal bir irqçi kimi danışığını qəbul edə bilmirəm” sözlərini işlədib.
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Yıldız Tilbe də şəxsi tvitter hesabından “irqçilik” iddialarına bu cür cavab verib:
“Sən ucuz, sərsəm və şapşal belə deyilsən. Kişi deyilsən, qadınmı olmaq istəyirsən? Mənə irqçi deyən bütün cahillərdən üzürxahlıq gözləyirəm”.
Xatırladaq ki, yarışmada bir türk qadın Balkan musiqisi oxuyub. Bütün münsiflər geri dönüb, bircə Yıldız Tilbedən başqa… Yıldız Tilbe dönməməsinin səbəbini “Aaa sən türksən ki… Mənsə səni əcnəbi zənn etmişəm. Türk olduğunu bilsəydim dönərdim” deyib.
Deyilən bu sözlərə münsif olan Gökhan əsəbləşib və aralarında ciddi problem yaşanıb.Hətta studiyada baş verənlərə Acun Ilıcalı da müdaxilə edib. Lakin iki məşhur arasında yaşanan mübahisə geniş vüsət aldığı üçün çəkilişi dayandırıblar.
O
Firuzə Alimova / A24.az

