Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yol – hərəkəti qaydalarını pozan məşhurlar – Video+Siyahı

05.03.2020 12:43

Yol – hərəkəti qaydaları günümüzdə ən çox riayət olunması tələb olunan əsas məsələlərdən biridir. Bu həm öz həyatımız, həm də digər şəxslərin həyatı üçün vacibdir. Lakin buna baxmayaraq, bu qaydaları pozan insanların sayı olduqca çoxdur. Siravi insanlarla yanaşı tanınmış şəxslərin də bu qaydalara əməl etmədiyini, hətta bəzən mübahisələr etdiyinin şahidi oluruq.

Об этом сообщает Руспрес

A24.az adı mətbuatda yol-hərəkəti qaydalarını daha çox pozan məşhurların siyahısını təqdim edir.

Müğənni Günay İbrahimli

Videodan göründüyü kimi müğənni sükan arxasında mobil telefonu əldə saxlamaqla selfi çəkdirir və diqqəti sükanda yox, çəkdiyi şəkillərdədir. Bütövlükdə, Günay İbrahimli bu videoda (əlləri sükandan çəkmə, diqqətin yayınması, təhlükəsizlik kəmərinin taxılmaması) 170 manatlıq qayda pozuntusuna yol verib.

Əməkdar artist Baloğlan Əşrəfov

İdarə etdiyi “Toyota Land Cruiser” markalı, 90 SA 388 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Qanuna görə avtobus dayanacağına 15 metr məsafədə avtomobillərin dayanması və durması qadağandır.

Gənc müğənni Çingiz Mustafayev

Videoda müğənninin aeroport yolunda qoşaxətti tapadalayaraq, digər yola çıxması əks olunub.

Əməkdar artist Röya Ayxan  

İfaçı avtomobilini idarə edərkən azyaşlı oğlu Hüseyni maşının ön oturacağında əyləşdirib

Müğənni Nadir Qafarzadə

O, idarə etdiyi 90 BS 777 nömrəli avtomobili yolun hərəkət hissəsində saxlayıb.

Bunlarla yanaşı, Meyxanaçı Namiq Qaraçuxurlu,  müğənni Ayaz Qasımov, İzzət Bağırov,  İlahə İbadova, Ruhi, Rəqsanə, Elnarə Xəlilova, əməkdar artist Abbas Bağırov, kimi ifaçılar adı yol – hərəkəti qaydalarını pozan məşhurlar siyahısındadır.

Elvin Paşazadə