Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yol polisi maşını qovdu: ölən və yaralanan var – VİDEO

05.03.2020 12:43

Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
A24.Az-a hadisə şahidlərinin verdiyi məlumata görə, Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzaya səbəb yol polisinin “06” markalı maşını qovması olub.
Hadisə nəticəsində “90-EH-176” dövlət nömrə nişanlı  VAZ-2106 markalı maşın tanınmaz hala düşüb, sürücü isə həlak olub. Həmin maşında bir nəfərin də ağır yaralandığı bildirilir.
Qeyd edək ki, qəzaya səbəb olan yol polisi “Hyundai Tucson”la sürücünü qovub, hadisə baş verəndən sonra oradan uzaqlaşıb.
 

Об этом сообщает Футляр от виолончели