Yol polisindən insanlıq dərsi: Halı pisləşən sərnişini iki dəfə ölümdən xilas etdi – Bakıda olay
05.03.2020 12:43A24.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-da Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev öz facebook səhifəsində yazıb.
Об этом сообщает Руспрес
Nəsimi Paşayev: “Bu avtomobildə xidmət aparan yol polisi inspektorunun adı Anardır. Bilirsiniz bu gün nə edib? Əksəriyyətinizin təxmini doğru deyil. Deməli bu gün rayondan gələn mikroavtobusun sərnişinlərindən birinin DYP-nin Nəvai postunun yanında halı pisləşir. Sərnişinlərin müdaxiləsi nəticə vermədikdə TTY çağrılır. Hansı səbəbdənsə TTY gəlmir. Bu zaman postun polisləri müdaxilə edirlər. Xəstəni içəri aparırlar. TTY-ni gəlməyə məcbur edirlər. Daha sonra inspektor Anar xəstəni anası ilə birgə maşına əyləşdirərək Semaşkoya çatdırır. Yolda iki dəfə halı pisləşən xəstəyə müdaxilə edir, çantalarını özü maşına yükləyib boşaldır. Semaşkoda işləyən qohum həkimdən yardım istəyir və sair və ilaxır. 1 saata yaxın da Semaşkoda müayinə və tibbi müdaxiləni gözləyir. Xəstə qohumları ilə birgə xəstəxananı tərk edəndən sonra isə oradan ayrılır.
Sadəcə Allah razı olsun belə vicdanlı polisimizdən. “Boş şeydi, mənim də balam var” deyirdi.”

