Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zakir Həsənov Silahlı Qüvvələrin bütün rəhbər heyətini topladı

05.03.2020 12:44

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə  toplantı keçirilir.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplantıdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıran Müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantının keçirilməsi ilə bağlı ümumi tapşırıqlar verib və əsas istiqamətlər üzrə vəzifələri müəyyən edib.

İştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi   sənədlər üzrə məqbullar qəbul edilib və şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.

Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində hərbi texnika və atıcı silahlardan atışlar icra olunub.