“Zaman” qəzetinin FETO-çu üzvündən şok etiraflar: “Gülən təsəlli üçün Klintona məktub göndərib”
05.03.2020 12:44“Zaman” qəzetinin yazarı Ali Ünal “Lewinsky” qalmaqalından sonra Gülənin Klintona təsəlli məktubu göndərdiyini deyib.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasına istinadən verdiyi xəbər görə, FETO-çu olaraq həbs olunan “Zaman” qəzetinin keçmiş müxbiri Ali Ünal etiraf etmək üçün prokurorluğa müraciət edib.
Verdiyi ifadəsində FETO başçısı Fəthullah Gülənin Ağ Evdəki partikantı Monika Levinski ilə seks qalmaqalı haqqında danışan Ünal Gülənin təsəlli üçün Bill Klintona məktub göndərdiyini deyib.
“Lewinsky” qalmaqalı olaraq bilinən hadisədə prezident Klintonun praktikant Monika ilə Ağ Evdə eşq yaşandığı ortaya çıxmışdı.
İfadəsində təsəlli məktubundan danışan Ünal bu ifadələri işlədib: “Fəthullah Gülən vacib insanlara məktub göndərirdi. Bunların arasında Papa, Dalai Lama ilə ABŞ-ın keçmiş prezidenti Bill Klinton da var idi. Klintona göndərilən məktub da xatırladığım qədəri ilə Monika hadisəsində bir təsəlli məktubu idi…”
Daha sonra qəzet yazarı ifadəsində Fəthullah Gülən haqqında bir sıra məqamlara da toxunub:
“28 fevralda Ali Bayramoğlu Fəthullah Gülənə məktub göndərərək 1997-ci ilin 13 və ya 14 iyulunda ölkədə dövlət çevrilişi olacağını söyləyib. Bundan sonra Fəthullah Gülən 1997-ci ilin iyun ayının ortalarında Amerikaya gedib. Amerikaya getməsində məqsəd də baş verəcək dövlət çevrilişindən qaçmaqdır. O əsnada 3,5 ay Amerikada qaldığını bilirəm. Lakin harada qaldığını bilmirəm, ancaq Nevval Sevindi adlı jurnalistin “New York Sohbeti” adlı reportajından onun Nyu Yorkda ola biləcəyini düşünürəm.
Fəthullah Gülən bu səyahətində iki nəfərlə görüşməsindən tez-tez söz açardı. Bunlardan biri Sydney Grifit adlı birisi idi. Zənn edirəm bu şəxs katolik rahibi idi. Digəri isə Türkiyədəki Patrik Partelomonun Amerikadakı təmsilçisi olan rahib idi. Gülənin özünün danışdıqlarına görə, mərhum Süleyman Dəmirəl ona zəng edərək “təhlükə keçdi, artıq geri qayıt” çağırışı üzərinə onun Türkiyəyə geri döndüyünü bilirəm…”

