Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Zaqatalanın ucqar dağ kəndində müəllim elə bir formada dərs keçdi ki… – VİDEO

05.03.2020 12:45

Uşaqlarda təhsilə marağın artırılması üçün qeyri-adi dərs metodları ilə seçilən müasir düşüncəli müəllimlər son zamanlar ölkə mediasının marağındadır.

Об этом сообщает Руспрес

Bu dəfəki qəhrəmanımız Zaqatala Rayonu Üçüncü Tala kənd orta məktəbinin coğrafiya müəllimi Etiram Safquliyevdir. O, Bakı Dövlət universitetini bitirib və bu kənddə coğrafiya müəllimi kimi çalışır. Klassik müəllim-şagird münasibətlərini keçmişdə qoyan bu müəllimin yenilikçi dərs metodu bütün şagirdlər tərəfindən rəğbətlə qarşılanıb . Həm müəllimə, həm də coğrafiya fənninə şagird sevgisi qazandırıb.

Etiram Safquliyevin dərs zamanı çəkilən videosu sosial mediada da olduqca maraqla qarşılanıb. Videodan görünür ki, müəllim dərsi yarışma şəklində keçir.

A24.az sözügedən videonu təqdim edir: